Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan “Zirə” növbəti yoxlama oyununu keçirib.
Futbolinfo.az xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçi olduğu komanda üçüncü sınaq matçında yerli “Kocaelispor”la üz-üzə gəlib.
“Fenerbahçe Topuk Yaylası”nın meydançasında təşkil olunan qarşılaşmada qapılara qol vurulmayıb – 0:0.
Xatırladaq ki, “Zirə” daha əvvəl keçirdiyi yoxlama oyunlarında Türkiyənin “Fatih Karagümrük” komandası ilə qolsuz, Tanzaniyanın “Simba” klubu ilə isə 1:1 hesablı heç-heçə etmişdi.