Bolqarıstanın “Arda” komandası bu gün yoxlama oyunu keçirib.

Futbolinfo.az xəbər verir ki, azərbaycanlı müdafiəçi Cəlal Hüseynovun komandası Bolqarıstan çempionatının digər təmsilçisi “Etar”la qarşılaşıb.

“Arda” bu görüşdən 3:1 hesablı qələbə ilə ayrılıb. 20 yaşlı müdafiəçi bu görüşə start heyətdə başlayıb. Komandasının ilk qolunu da 21-ci dəqiqədə Cəlal vurub.

Shares: