“Qarabağ” UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Polşanın “Rakuv” klubunu qəbul edəcək.
Futbolinfo.az xəbər verir ki, “Qarabağ”ın “YouTube” kanalı oyunla bağlı paylaşım edərək, azarkeşlərə çağırış edib:
“Əziz azarkeşlərimiz!
“Rakuv”la Bakı Olimpiya Stadionunda keçirəcəyimiz oyunda yolunuzu gözləyirik!
Milyonlarla ürək yenə eyni döyünəcək!
Sizin dəstəyinizlə bu dəfə də bacaracağımıza inanırıq!
Biz birlikdə “Qarabağ”ıq!”
Qeyd edək ki, avqustun 2-də Bakı Olimpiya Stadionunda keçiriləcək oyuna saat 20:00-da start veriləcək.