Polşanın paytaxtı Varşavada güləş üzrə “Poland Open” turniri davam edir.

Futbolinfo.az xəbər verir ki, yarışın üçüncü günündə iki qadın güləşçimiz çıxış edib.

Jalə Əliyeva (57 kq) əvvəlcə qazaxıstanlı Emma Tissinaya (5:16), daha sonra isə kanadalı Aleksandr Tauna (2:12) məğub olub.

Elis Manolova (62 kq) debütdə fransalı İris Tiboya sonuncu xal prinsipinə əsasən (1:1) qalib gəlib. Milli üzvü daha sonra polşalı Nikola Vasilevskayanı minimal fərqlə (2:1) üstələyib. Ancaq Manolova almaniyalı Luisa Niemeşə (0:5) və braziliyalı Lais Nunyesə (4:6) uduzaraq turniri 4-cü pillədə başa vurub.

Qeyd edək ki, sabah sərbəst güləşçilərdən Osman Nurmaqomedov (92 kq) və Georgi Meşvildişvili (125 kq) mübarizə aparacaq.

Shares: