Çilinin “Kolo-Kolo” komandasının futbolçusu Xordi Tompson karyerasını “Neftçi”də davam etdirə bilər.
Futbolinfo.az “dalealbo.cl” saytına istinadən xəbər verir ki, paytaxt klubu 19 yaşlı hücumçunu heyətinə qatmaq üçün danışıqlar aparır.
İddiaya görə, yaxın günlərdə rəsmi təklif göndəriləcək və danışıqlar daha da intensivləşəcək.
Xordi Tompson Çilinin U-20 yığmasının üzvüdür. O, “Kolo-Kolo”da 20 oyuna çıxıb, 5 qol və 1 məhsuldar ötürmə müəllifi olub.