Qəbələdə təlim-məşq toplanışında olan “Araz-Naxçıvan” hazırlığın ikinci mərhələsini yekunlaşdırıb.
Futbolinfo.az xəbər verir ki, dünən ikitərəfli oyun keçirən komanda Bakıya dönüb.
Futbolçular bu gün istirahət edəcək. Komanda məşqlərini avqustun 3-nə qədər Bakıda davam etdirəcək, daha sonra mövsümün ilk oyununda iştirak etmək üçün Tovuza yola düşəcək.
“Turan Tovuz” – “Araz-Naxçıvan” oyunu avqustun 4-də, saat 17:00-da Tovuz şəhər stadionunda keçiriləcək. Ertəsi gün eyni saatda və məkanda hər iki komandanın əvəzedici heyətləri üz-üzə gələcək.