“Şalke”nin sabiq müdafiəçisi Maya Yoşida karyerasını ABŞ-da davam etdirəcək.
Futbolinfo.az xəbər verir ki, “Los Anceles Qalaksi” 34 yaşlı yaponiyalını heyətinə qatıb.
Yoşida karyerası ərzində İtaliyanın “Sampdoriya”, İngiltərənin “Sauthempton” kimi klublarında da çıxış edib.
Futbolçu 2010-2022-ci illərdə Yaponiya milli komandasının da formasını geyinib. O, DÇ-2022-də “samuraylar”ın heyətində kapitanlıq sarğısını daşıyıb.