İngiltərənin “Mançester Siti” klubu müdafiəçisi Natan Ake ilə müqavilənin müddətini uzadıb.
Futbolinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Niderland millisinin müdafiəçisi ilə 4 illik yeni sözləşmə imzalanıb.
Ake “Mançester Siti”yə 2020-ci ilin yayında İngiltərənin “Bornmut” klubundan keçib. O, bu komandada 81 oyuna çıxıb, 7 qol vurub.