“Lans” yarımmüdafiəçisi Pşemıslav Frankovski və qapıçısı Bris Samba ilə müqaviləni yeniləyib.

Futbolinfo.az xəbər verir ki, Liqa 1 təmsilçisi hər iki futbolçu ilə sözləşmənin müddətini 2028-ci ilə qədər uzadıb.

Frankovski 2021-ci ilin avqustundan Fransa təmsilçisində çıxış edir. Samba isə ötən ilin iyulundan Liqa təmsilçisinin uğurları üçün çalışır.

Xatırladaq ki, “Lans” yeni mövsümdə UEFA Çempionlar Liqasında iştirak edəcək.

Shares: