Ukrayna Şahmat Federasiyası (FSU) rəsmi bəyanat yayaraq, idmançılarına iyulun 30-da Bakıda start götürəcək FIDE-nin Dünya kubokunda Rusiya və Belarus nümayəndələri ilə təmasdan qaçmağı tövsiyə edib.
Futbolinfo.az xəbər verir ki, FSU tövsiyələrinin siyahısına aşağıdakılar daxildir:
“Hansı bayrağa xidmət etməsindən asılı olmayaraq, Rusiya və Belarus nümayəndələri ilə əl sıxmaqdan çəkinmək;
Rusiya və Belarus nümayəndələri ilə birgə foto və video çəkilişlərdən qaçmaq;
Şahmat qaydaları ilə nəzərdə tutulmuş hallar istisna olmaqla, Rusiya nümayəndələri ilə söhbətdən uzaq olmaq;
Ukraynanın imicinə xələl gətirə biləcək hərəkətlərə yol verməmək”.
Federasiya Bakıda ruslardan uzaq durmağı tövsiyə etdi
Shares: