UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində keçiriləcək “Qarabağ” – “Rakuv” (Polşa) oyununa bilet satışı davam edir.
Futbolinfo.az xəbər verir ki, avqustun 2-də saat 20:00-da Bakı Olimpiya Stadionunda keçiriləcək matça artıq 15500 bilet satılıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Biletlərin qiyməti müvafiq olaraq 5, 20, 30 və 75 manat təşkil edir.
Biletlərin Iticket.az-ın satış məntəqələri (iticket.az-da onlayn satış) və “Park Bulvar”dakı “Qarabağ” fan-şopundan almaq olar.