“Parma”nın qapıçısı Canluici Buffon futbolçu karyerası ilə bağlı qərar verib.

Futbolinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, tezliklə karyerasını bitirəcəyini açıqlayıb.

45 yaşlı qolkiper 2022/23 mövsümündə İtaliya B Seriyasında 18 oyuna çıxıb və 22 qol buraxıb, 5 matçda isə qapısını toxunulmaz saxlayıb.

İtaliyalı futbolçu öncədən “Yuventus” və PSJ kimi klubların da formasını geyinib. Ümumilikdə o, karyerası ərzində 975 oyuna çıxıb, 825 qol buraxıb, 429 görüşdə isə qapısını toxunulmaz saxlayıb. Eyni zamanda, Buffon 5 dəfə qırmızı vərəqə ilə də cəzalanıb.

Shares: