“Fulhem” növbəti transferini rəsmiləşdirib.

Futbolinfo.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Nigeriya yığmasının və “Ayaks”ın müdafiəçisi Kalvin Bessini heyətinə qatıb.

23 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb. İngiltərə klubu bu transfer üçün 22,5 milyon avro xərcə düşüb.

“Lester Siti”nin yetirməsi olan, “Reyncers”də də oynamış müdafiəçi ötən ilin yayından “Ayaks”da forma geyinirdi. O, bu komandada 39 oyuna çıxıb, 1 qol vurub.

Shares: