Uruqvaylı müdafiəçi Dieqo Qodin peşəkar futbolçu karyerasını başa vurub.

Futbolinfo.az xəbər verir ki, bu barədə “transfermarkt” portalında məlumat yer alıb.

Qodin son olaraq Argentinanın “Veles Sarsfild” klubunda çıxış edib. O, Braziliya “Atletiko Mineyro”sundan ayrılaraq bu kluba keçmişdi.

37 yaşında futboldan gedən Qodin karyerası ərzində İspaniyanın “Vilyarreal”, “Atletiko”, İtaliyanın “İnter” və “Kalyari” klublarında da forma geyinib.

Shares: