Latviya çempionatında 24-cü turun oyunları keçirilir.

Futbolinfo.az xəbər verir ki, “Sabah”ın Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi RFŞ bu gün səfərdə “Tukums 2000” ilə qarşılaşıb.

Riqa təmsilçisi bu oyunda 7:0 hesabıyla qələbə qazanıb. Meydan sahiblərinin heyətində Yanis İkauniek het-trikə, Darko Lemayiçlə Daniel Ontuzan dubla imza atıblar.

Bu qələbə ilə xallarını 58-ə çatdıran komanda liderliyə yüksəlib.

Xatırladaq ki, “Sabah”la RFŞ arasındakı ilk oyun Azərbaycan təmsilçisinin 2:0 hesablı qələbəsiylə yekunlaşıb. Cavab görüşü isə avqustun 3-də Masazırda keçiriləcək.

Shares: