Bu ilin aprel ayında “Olimpiakos”dan ayrılandan bəri işsiz olan Xames Rodriqesin yeni iş yeri müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, 32 yaşlı futbolçu Braziliyanın “San Paulo” klubu ilə 2 illik müqavilə bağlayıb.
Bu barədə sözügedən klub rəsmi saytı vasitəsilə məlumat yayıb.
Xames 2022-ci ilin sentyabr ayında Yunanıstan klubu ilə 1 illik müqavilə bağlamışdı. O, bu komandada 23 oyuna 5 qol vurub.
Rodriqes karyerası ərzində “Enviqado”, “Banfild”, “Portu”, “Monako”, “Real”, “Bayern”, “Everton” və “Əl Rayyan” klublarında da çıxış edib, Kolumbiya yğmasında 90 oyuna 26 qol vurub.