“Omoniya”ya qarşı çox yaxşı oyun keçirdik. Amma bəxtimiz gətirmədi”. Bunu futbolinfo.az-a açıqlamasında “Qəbələ”nin yarımmüdafiəçisi Omar Hani deyib.
İordaniyalı futbolçu UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsində Kiprin “Omoniya” klubuna 2:3 hesabı ilə məğlub olmalarından danışıb: “Rəqib cərimə zərbələrindən yaxşı istifadə etdi. Bu cür iki qol vurdular. Penaltiyə gəlincə, mübahisəli idi. Əgər VAR olsaydı, hakim baxıb fərqli qərar verəcəkdi. Nəticədə biz məğlub olmayacağdıq”.
Hani komandasının növbəti mərhələ şanslarının qaldığını da sözlərinə əlavə edib: “Hədəfimiz eynidir və növbəti mərhələyə adlamaq istəyirik. Səbrli olmalı və ilk hissədə qol vurmağa çalışmalıyıq. Qol vurmasaq da, sona qədər istəyimiz 3-cü təsnifat mərhələsinə adlamaq olmalıdır”.
Qeyd edək ki, “Omoniya” ilə “Qəbələ” arasında cavab matçı avqustun 3-də baş tutacaq.