“Vest Hem”in italiyalı hücumçusu Canluka Skamakka karyerasını ölkəsində davam etdirə bilər. Forvarda “İnter”dən təklif var.
Futbolinfo.az xəbər verir ki, Romelu Lukakunu heyətində saxlaya bilməyən, Edin Cekonu da yola salan milanlılar Lautaro Martinesə tərəfdaş kimi məhz onu görür. Futbolçu özü də vətənə qayıtmaq niyyətindədir. Amma o daha çox “Roma”dan təklif gözləyir.
“Vest Hem” İngiltərə Premyer Liqasına ötən yay yollanan Skamakka üçün “Sassuolo”ya 36 milyon avro ödəyib. 4 illik müqaviləsi qalan hücumçunun qiyməti hazırda 20-25 milyon avroya enib.