“Yuvntus”un müdafiəçisi Qleyson Bremer İtaliyada qalacaq. Turinlilərin aparıcı oyunçusu klubunu dəyişmək istəmir.
Futbolinfo.az xəbər verir ki, braziliyalı oyunçuya bir neçə İngiltərə klubundan dəvət gəlməsinə rəğmən, o, “Qoca Sinyora”nın düşərgəsində qalacaq: “Məni bir neçə klubun transfer etmək istəməsi barədə yazılanlar doğrudur. Amma İngiltərə klubları gözləməyə davam edə bilərlər. Çünki “Yuventus”da qalmaq istəyirəm”.
26 yaşlı oyunçu ötən yay 41 milyon avro qarşılığında “Torino”dan şəhərin digər klubuna keçib. Bremerin “Yuventus”la 2027-ci ilin yayınadək müqaviləsi var.