“Napoli” Viktor Osimheni satmaqdan imtina edib. Səudiyyə Ərəbistanının “Əl Hilal” klubu nigeriyalı forvard üçün real təklif göndərsə də, italiyalılar rədd cavabı verib.

Futbolinfo.az  “L Equipe”yə istainadla xəbər verir ki, ərəblər hücumçunu almaq üçün Neapol təmsilçisinin nümayəndələri ilə görüşüb. İlkin təklif olan 120 milyon avro 140 milyon avroyadək artıb. Amma “Neapol” rəhbərliyi 200 milyon avro tələb edir.

Səudiyyə Ərəbistanı klubunun yaxın günlərdə 3-cü rəsmi təkliflə “Napoli”nin qapısını döyəcəyi gözlənilir.

Shares: