Azərbaycan millisinin və “Dinamo” (Zaqreb) komandasının futbolçusu Mahir Emreli Xorvatiya çempionatında 2-ci turun rəmzi komandasına düşüb.
Futbolinfo.az xəbər verir ki, “İstra” ilə matçda (3:0) bir qol və bir məhsuldar ötürmə ilə yadda qalan 26 yaşlı hücumçu ən yüksək reytinq xalı alan dördüncü oyunçu olub.
Təcrübəli forvardın sözügedən qarşılaşmadakı çıxışı 8,2 xalla qiymətləndirilib.