“Neftçi”nin sabiq müdafiəçisi Giorgi Navalovski Bakı klubundan ayrılmasına peşmandır. O, 2017-2018 mövsümünün ikinci yarısında çıxış etdiyi komandadan erkən ayrılmamalı olduğunu düşünür.

Fürcü futbolçu futbolinfo.az saytına açıqlamasında bu barədə danışıb: “Həmin vaxt “SKA Xabarovsk”dan sərfəli təklif aldım. Mən də karyeramı bir pillə irəli daşımaq üçün Rusiya klubunu rədd etmədim. Rusiya Premyer Liqası kimi böyük çempionatda oynamaq həmişə arzum olub. Buna görə də “yox” deyə bilmədim”.

Navalovski vidanın səhv addım olduğunu indi anlayıb: “Orada olduğum müddətdə istər rəhbərlikdən, istər azarkeşlərdən, istərsə də klub işçilərindən daim özümə qarşı hörmət gördüm. “Neftçi”ni xoş hisslərlə xatırlayıram və bu komandanın sadiq azarkeşlərindənəm. Açığı, hərdən düşünürəm ki, “Neftçi”dən ayrılmaqda səhv etdim. Amma keçmişi geri qaytarmaq mümkün deyil”.

Shares: