Natan Oduva yenə Azərbaycan Premyer Liqasında oynayacaq. “Turan Tovuz”dan ayrılan ingiltərəli hücumçu özünə yeni klub tapıb.

Futbolinfo.az xəbər verir ki, uzun müddət Türkiyə aşağı liqa klubları ilə danışıq aparan 27 yaşlı Nigeriya əsilli oyunçu arzuladığı müqaviləni imzalaya bilməyib. Belədə “Araz-Naxçıvan”ın təklifi göydəndüşmə olub. Heyəti komplektləşdirmək üçün tələsik seçim edən, bəzi oyunçulara dəyərindən artıq pul xərcləməyə çəkinməyən muxtar respublika təmsilçisi Oduvanı da heyətinə qatıb. Rəsmi müqavilə imzalanan kimi açıqlanacaq.

Natanın məhz bu klubla anlaşması təsadüf sayılmamalıdır. Faktiki “Keşlə”nin “dublikat”ı olan “Araz-Naxçıvan” həmin klubda işləyənlərin əksəriyyətinin yeni ünvanıdır. Oduva da ölkəmizə ilk gəlişində məhz bu komandada çıxış etmişdi.

Natan naxçıvanlıların son transferi deyil. Hazırda komandanın düşərgəsində Braziliya və Fransadan olan iki legioner də var. Menecer Ceyhun Sultanovun gətirdiyi bu futbolçularla anlaşmalar da tezliklə rəsmiləşməlidir. Xüsusilə adını dəqiqləşdirə bilmədiyimiz fransalı haqqında çox danışılır. “Səbail”in heyətinə qata bilmədiyi futbolçunu “Araz-Naxçıvan” illik 200 min dollara ölkəmizdə oynamağa razı salıb.

cd0cd59e d8d9 4462 b624 eddca6bb58fb - Futbolinfo.az
Shares: