Bu gün Avropa Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin cavab oyunlarına start veriləcək.
Futbolinfo.az xəbər verir ki, Türkiyənin “Fənərbaxça” klubu da növbəti oyununu keçirəcək.
İstanbul təmsilçisi Moldovada “Zimbru”nun qonağı olacaq. Türkiyəki ilk matçda meydan sahibləri rəqibini darmadağın etmişdi – 5:0.
Bu mərhələnin qalan görüşləri 2 və 3 avqustda keçiriləcək.
Avropa Konfrans Liqası
2-ci təsnifat mərhələsinin cavab oyunları
1 avqust
19:00. “Valmiera” (Latviya) – “Tre Penne” (San Marino) (İlk oyun – 3:0)
21:30. “Baltsan” (Malta) – “Neman” (Belarus) (0:2)
21:30. “Zimbru” (Moldova) – “Fənərbaxça” (Türkiyə) (0:5)
22:00. “Svift” (Lüksemburq) – TNS (Uels) (1:1)
22:45. “Partizani” (Albaniya) – “Atletik” (Andorra) (1:0)
23:00. “Buduçnost” (Monteneqro) – “Struqa” (Şimali Makedoniya) (0:1)