Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində qarışıq təkbətək döyüş növləri üzrə MMA Qlobal silsiləsindən qran-pri keçirilib.

Futbolinfo.az xəbər verir ki, Azərbaycanı mötəbər yarışda dünya və Avropa çempionu Zaur Hacıbabayev təmsil edib.

Zədə ilə bağlı uzun müddət idmandan kənarda qalan Hacıbabayev misirli döyüşçü Əhməd Əl-Tayeblə üz-üzə gəlib.

Gərgin anlarla yadda qalan görüş Zaur Hacıbabayevin erkən qələbəsi ilə başa çatıb.

Azərbaycan təmsilçisi həvəskar karyerasında dünya və Avropa çempionatlarında qızıl medal qazanıb. Bu onun peşəkar idmanda 13-cü qələbəsi olub.

Shares: