Polşanın “Rakuv” klubunun kapitanı Zoran Arseniç “Qarabağ”a qarşı keçiriləcək UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunu ərəfəsində fikirlərini bölüşüb.
Futbolinfo.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi bu gün Bakıda baş tutan mətbuat konfransında bunları söyləyib:
“Bu mərhələyə gəlib çıxdığımız üçün şadıq. Çempionlar Liqasında mübarizə aparmaq qürurvericidir. Sabahkı görüşə də ciddi hazırlaşmışıq. “Qarabağ” kifayət qədər güclü komandadır. Bakıda daha diqqətli olmalıyıq. “Qarabağ”ın tempinə uyğun çıxış etməliyik”.