Transfer çalışmalarını böyük ölçüdə yekunlaşdıran “Səbail” daha bir oyunçu ala bilər. “Dənizçilər” yaxşı dayaq yarımmüdafiəçisi tapacağı halda onu heyətinə qatacaq. Uyğun variant olmasa, məşqçilər indiki heyətlə kifayətlənəcək.
Futbolinfo.az xəbər verir ki, Türkiyə toplanışı zamanı müxtəlif oyunçulara baxan “dənizçilər” axtardığını tapa bilməyb. Bu üzdən sıradan oyunçu alıb say düzəltməkdənsə, gözləmək məsləhət bilinib. Transfer pəncərəsi bağlanana qədər axtarışlar davam edəcək.
“Səbail” yerli bazarda kimsəni izləmir. Yalnız əcnəbilər arasında seçim edilir. Bayıl təmsilçisnin yayda heyətinə qatdığı 12 oyunçudan yarısı legionerlərdir.