“Milan”ın yeni transferi Ruben Loftus-Çik komandanın hazırlığından razıdır. “Çelsi”dən gələn futbolçu yeni mövsümün uğurlu alınacağına inanır.

Futbolinfo.az xəbər verir ki, 27 yaşlı ingltərəli “rossonyerlər”in baş məşqçisi Stefano Piolinin işindən məmnundur: “Stefano Piolinin bizdən istədiyini reallaşdırmağa çalışırıq. Məşqçi xəttlər arasında kiçik manevrlər etməklə aqressiv hücum futbolu oynamağımızı tələb edir. Məqsəd hər zaman topun ayağımızda olması və istədiyimiz nəticəyə çatmaq üçün səy göstərməkdir”.

Xatırladaq ki, Loftus-Çik 16 milyon avroya transfer dilib. Onunla 4 illik müqavilə imzalanıb.

Shares: