Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin cavab oyunlarına start verilib.
Futbolinfo.az xəbər verir ki, ilk oyun günündə 4 görüş baş tutub.
Azərbaycan çempionu “Qarabağ”ın növbəti mərhələyə vəsiqə qazanacağı halda hansı komanda ilə qarşılaşacağı da bəlli olu. Belarus çempionu BATE-yə səfərdə də qalib gələn “Aris”i artıq növbəto mərhələdəki rəqibini gözləyir.
“Aris”dən başqa “Panatinaikos”, “Olimpiya” (Lyublyana) və “Slovan” (Bratislava) da 3-cü təsnifat mərhələsinə vəsiqə qazanıb.
“Qarabağ” isə növbəti mərhələyə vəsiqənin taleyinə sabah Bakı Olimpiya Stadionunda qarşılaşacağı Polşa “Rakuv”u ilə cavab matçında aydınlıq gətirəcək. Ağdam təmsilçisi səfərdəki ilk oyunda 2:3 hesabıyla məğlub olub.
UEFA Çempionlar Liqası
2-ci təsnifat mərhələsinin cavab oyunları
1 avqust
“Panatinaikos” (Yunanıstan) – “Dnepr-1” (Ukrayna) 2:2 (3:1)
BATE (Belarus) – “Aris” (Kipr) 3:5 (2:6)
“Olimpiya” (Sloveniya) – “Ludoqorets” (Bolqarıstan) 2:1 (1:1)
“Slovan” (Slovakiya) – “Zrinski” (Bosniya və Herseqovina) 2:2 (1:0)