Avropa Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin cavab oyunlarına start verilib.
Futbolinfo.az xəbər verir ki, ilk gündə 6 qarşılaşma baş tutub.
Türkiyə nəhəngi “Fənərbaxça” Moldovada “Zimbru”nun qonağı olub. İlk matçda 5 cavabsız qol vuran İstanbul təmsilçisi səfərdə də 4:0 hesablı qələbə sayəsində mərhələ adlayıb. “Valmiera”, “Neman”, “Svift”, “Partizani” və “Struqa” da sərfəli nəticələrlə 3-cü təsnifat mərhələsinə yüksəliblər.
Bu mərhələnin qalan cavab görüşləri 2 və 3 avqustda keçiriləcək. Azərbaycan təmsilçiləri “Neftçi”, “Sabah” və “Qəbələ” də rəqibləri ilə cavab görüşlərinə avqustun 3-də çıxacaqlar.
Avropa Konfrans Liqası
2-ci təsnifat mərhələsinin cavab oyunları
1 avqust
“Valmiera” (Latviya) – “Tre Penne” (San Marino) 7:0 (İlk oyun – 3:0)
“Baltsan” (Malta) – “Neman” (Belarus) 0:0 (0:2)
“Zimbru” (Moldova) – “Fənərbaxça” (Türkiyə) 0:4 (0:5)
“Svift” (Lüksemburq) – TNS (Uels) 3:2 (1:1)
“Partizani” (Albaniya) – “Atletik” (Andorra) 4:1 (1:0)
“Buduçnost” (Monteneqro) – “Struqa” (Şimali Makedoniya) 3:4 (0:1)