Argentinalı Auqusto Lotti “Neftçi”yə gəlir. Meksikanın “Krus Asul” klubunda çıxış edən 27 yaşlı hücumçu ölkəmizdə icarə əsasında top qovacaq.

Futbolinfo.az xəbər verir ki, klublar arasında razılaşmaya əsasən, futbolçunun maaşının yarısını indiki klubu, yarısını “Neftçi” ödəyəcək. Lotti bir il icarədə olacaq, daha sonra tərəflər birdəfəlik transfer haqqında müzakirə aparacaq.

Bu gün Bakıya gəlməsi gözlənilən Auqustonun “Krus Asul”la müqaviləsi 2026-cı ilin sonuna qədərdir. Klub onun çıxışından tam razı qalmadığı üçün maaşının yarısını ödəmək şərti lə icarəyə verməyə razılaşıb ki, xərclərin müəyyən hissəsindən qurtulsun.

Bu ilin yanvarında “Atletiko Tukuman”dan transfer edilən hücumçunun karyerasının böyük hissəsi vətəni ilə bağlıdır. Argentinalı “Rasinq” və “Union”da da çıxış edib. 2015-17-ci illərdə İsveçrə “Vohlen”ində icarədə olmuş oyunçu üçün Azərbaycan 3-cü xarici ölkə olacaq.

Shares: