Şarl de Ketelare “Milan”dan ayrılır. İtaliyada özünü doğrulda bilməyən Belçikalı yarımmüdafiəçinin Fransada oynamaq ehtimalı var.

Futbolinfo.az xəbər verir ki, 22 yaşlı futbolçu Marsel “Olimpik”inin və “Lans”ın maraq dairəsindədir. Onlar həm icarə, həm də birdəfəlik transfer üçün “Milan”la danışıqlara başlayıb. Baş məşqçi Stefano Piolinin etimadını doğrulda bilməyən Belçikalı özü də daim oynaya biləcəyi klub axtarır.

Xatırladaq ki, “Milan”ın ötən yay 35,5 milyon avroya transfer etdiyi futbolçunun 2027-ci ilin yayınadək müqaviləsi var. “Brügge” yetirməsi ötən mövsüm “qırmızı-qaralar”ın əsas heyətinə düşməyi bacarmadı. Onun qiyməti hazırda 20-22 milyon avroya enib.

Shares: