“Sumqayıt” yeni transferi ilə bağlı problem yaşayır. “Kimyaçılar”ın yeni transferi Oktavio Mantekanın zədəli olduğu üzə çıxıb.
Futbolinfo.az xəbər verir ki, klubun tibbi müayinə zamanı məsuliyyətsizliyi acı nəticələnib. Sən demə, Manteka transfer edilən zaman zədəli imiş. Təlim-məşq toplanışını boşa verə oyunçu hələ sentyabrın sonunadək komandasına kömək edə bilməyəcək.
Bolqarıstanın “ÇSKA 1948” klubundan bir il müddətinə icarəyə götürülən braziliyalı vətənində bir sıra klubların, o cümlədən məşhur “Botafoqo”nun şərəfini qoruyub. 2014-15-ci illərdə İtaliya “Fiorentina”sında icarədə olan oyunçu 3 il sonra Belçika “Beerşot”unda da eyni qaydada oynayıb.
2020-ci iln yanvarından gəldiyi Bolqarıstanda 3 klub dəyişən Mantekanın “ÇSKA 1948”-lə birillik müqaviləsi qalır. Oyunçunun məhz müqavlənin başa çatdığı müddətədək icarəyə verilməsi özü də qəribədir. Görünür, klubu zədəli olan oyunçudan məhz bu cür canını qurtarıb və “Sumqayıt” tələyə düşüb.
Çempionatın ilk dövrəsində “kimyaçılar”a kömək edə bilməyəcək futbolçunun zədəsi xroniki hal alsa, klubun aldadıldığına şahid olacağıq.