Bu gün Çempionlar Liqasında II təsnifat mərhələsinə yekun vurulacaq. 2-ci oyun günündə daha 8 matç keçiriləcək.
“Qarabağ” Bakı Olimpiya Stadionunda “Rakuv”u qəbul edəcəksə, millimizin üzvü Mahir Emrelinin çıxış etdiyi Xorvatiya “Dinamo”su “Astana”nın qonağı olacaq. Zaqreb təmsilçisi ilk görüşdə Qazaxıstandan olan rəqibini darmadağın edib – 4:0.
Türkiyə çempionu “Qalatasaray” isə Litva “Jalgiris”ini qəbul edəcək. Bu komandalar arasında ilk oyun 2:2 hesabı ilə başa çatıb.
Çempionlar Liqası, II təsnifat mərhələsi (cavab oyunları)
18:00. “Astana” (Qazaxıstan) – “Dinamo” (Zaqreb, Xorvatiya) (ilk oyun – 0:4)
20:00. “Qarabağ” (Azərbaycan) – “Rakuv” (Polşa) (2:3)
21:00. “Haken” (İsveç) – “Klaksvik” (Farer adaları) (0:0)
21:00. “Genk” (Belçika) – “Servett” (İsveçrə) (1:1)
21:00. “Molde” (Norveç) – HİK (Finlandiya) (0:1)
21:00. “Makkabi” (Hayfa, İsrail) – “Şerif” (Moldova) (0:1)
22:00. “Kopenhagen” (Danimarka) – “Breydablik” (İslandiya) (2:0)
22:30. “Qalatasaray” (Türkiyə) – “Jalgiris” (Litva) (2:2)