“Milan”ın iki futbolçusu Türkiyə klublarının maraq dairəsinə düşüb. “Fənərbağça” və “Beşiktaş” İtaliya klubundan oyuçu almaq istəyir.

Futbolinfo.az xəbər verir ki, Ante Rebiçi İstanbula gətirən “Beşiktaş” indi də “rossonyerlər”in digər hücumçusuna göz dikib. Belə ki, əsas heyətdə yerini itirən Junior Mesiasa real təklif var.

İtaliya mətbuatına inansaq, klublar razılığa gəlib, indi braziliyalı oyunçu qərarını verməlidir. 32 yaşlı hücumçu gələn yay bitəcək müqaviləsinin yenilənməyəcəyini bildiyindən “Beşiktaş”a keçə bilər.

“Rossonyerlər”in digər futbolçusu Rade Kruniçi isə “Fənərbağça” istəyir. Türkiyə təmsilçisi futbolçu ilə şəxsi müqavilənin detallarını razılaşdırıb. İndi 29 yaşlı bosniyalı oyunçusu üçün 15 milyon avro tələb edən “Milan”ı razı salmaq qalır. Bu keçid alınarsa, “qırmızı-qaralar” Kruniçin əvəzinə “Atalanta”dan Ten Kopmeynersi heyətinə qatacaq.

Shares: