“Neftçi”nin yeni transferi Andre Şinyaşiki buna qədər çıxış etdiyi ABŞ-da təkcə yaşıl meydanlardakı oyunu ilə məşhurlaşmayıb. Futbolinfo.az saytının yerli mətbuata istinadən məlumatına görə, braziliyalı hücumçunun adı seks qalmaqalında da hallanıb.

O, bir müddət əvvəl təcavüzdə ittiham olunsa da, sonradan günahsız olduğu müəyyənləşib. Məlum olub ki, Şatlott şəhərində bir qadına təcavüz edən şəxs ona özünü məhz Şinyaşiki kimi təqdim edib. Həmin qadın isə polisə müraciət edib. Lakin alınan ifadələrdən sonra may ayında Şinyaşikinin günahının olmadığı müəyyənləşib.

Forvard “Neftçi”yə azad agent statusunda keçib. Çünki “ağ-qaralar”a keçməzdən əvvəl ABŞ klubu ilə müqaviləsinə qarşılıqlı razılıqla xitam verilib.

Qeyd edək ki, Andre Şinyaşiki “Neftçi” ilə 2 illik müqavilə imzalayıb.

Shares: