Serbiyalı tennisçi Novak Cokoviç Amerika Birləşmiş Ştatlarında keçiriləcək “Sinsinati Open” turnirində iştirak edəcək. Ən maraqlısı isə onun cüt yarışlarda mübarizə aparacağıdır. Serb tennisçinin nadir hallarda cütlüklərin turnirində çıxış etdiyindən bu qərarı qəribə qarşılanıb.

Dünyanın 2 nömrəli tennisçisi Nikola Kaniçlə birlikdə turnirdə yarışmağa qərar verib. Xatırladaq ki, turnirin son qalibləri Böyük Britaniyadan Co Salibyeri ilə amerikalı Rajiv Rem cütlüyü olub.

Novak Cokoviç Sinsinatidə 2018 və 2020-ci illərdə tək yarışların qalibi olub. “Sinsinati Open” turniri Masters-1000 seriyasına daxildir. Oyunlar avqustun 13-dən 20-dək keçiriləcək.

Shares: