MBA-nın ən parlaq ulduzlarından biri Kevin Dürantla “Çelsi” klubunun müdafiəçisi Benjamin Çiluel arasında görüş baş tutub. Görüş zamanı ingiltərəli futbolçu basketbolçuya London klubunun formasını hədiyyə edib.

Xatırladaq ki, Dürant futbol azarkeşi kimi tanınır. Fevralda “Bruklin Nets”dən “Finiks Sans”a keçən basketbolçu ikiqat MBA çempionudur. O həm də iki dəfə final seriyasının ən dəyərli oyunçusu seçilib.

Londonun “Çelsi” klubu isə hazırda ABŞ-də turnedədir. Turne zamanı londonlular bir neçə yoldaşlıq görüşü keçirib.

Shares: