“Çelsi” növbəti transferini rəsmiləşdirib.
Futbolinfo.az xəbər verir ki, London nəhəngi “Renn”in yarımmüdafiəçisi Lesli Uqoçukvunu heyətinə qatıb.
“Zadəganlar” bu keçidə görə 27 milyon avro ödəyiblər. 19 yaşlı futbolçu ilə 7+1 illik müqavilə imzalanıb.
“Renn”in öz yetirməsi olan Uqoçukvu 2021-ci ildən bu klubun əsas komandasında forma geyinirdi. O, meydana çıxdığı 60 oyunda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Lesli Fransanın U-19 yığmasına da dəvət alır.