Sərdar Azmun yenə Rusiyada oynayacaq. “Zenit” sabiq oyunçusunu geri qaytarır.
Futbolinfo.az xəbər verir ki, “Bayer”də möhkəmlənə bilməyən İran millisinin üzvü Sankt-Peterburq klubundan təklif alıb. Zədə, uyğunlaşma problemləri üzündən Leverkuzendə özünü sübut etməyi bacarmayan hücumçu Bundesliqa ilə vidalaşmaq qərarına gəlib.
“Rubin” və “Rostov”da da oynamış Sərdar 2022-ci ilin yanvarında “Zenit”dən Almaniya klubuna satılmışdı. “Bayer” 2027-ci ilin yayınadək müqavilə bağlayan oyunçunu indi azad agent kimi buraxmağa da razıdır.