“Qarabağ”dansa, “Rakuv” gəlsin”.
Futbolinfo.az xəbər verir ki, bunu Kiprin “Aris” komandasının baş məşqçisi Aleksey Şpilevski deyib.
O, UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində üz-üzə gəlmək istədiyi komanda ilə bağlı fikirlərini bölüşüb. 2-ci raundda Belarus təmsilçisi BATE-ni hər iki oyunda (6:2, 5:3) məğlub edən limassollular növbəti mərhələdə “Qarabağ” – “Rakuv” (Polşa) cütünün qalibi ilə qarşılaşacaqlar. Belaruslu mütəxəssis bir müddət əvvəl “Rakuv”dan təklif aldığını da etiraf edib:
“Ora keçməyə yaxın idim. Ancaq son anda “Aris”də qalmağı üstün tutdum. “Rakuv” da, “Qarabağ” da çətin komandadır. Bu, çox yaxşı cütlükdür”.
Bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” – “Rakuv” matçı saat 20:00-da start götürəcək. Komandalar arasında Polşada gerçəkləşən ilk matçda meydan sahibləri 3:2 hesablı qələbə qazanıblar.