Niderland milli komandasının qapıçısı Marko Bizot “Brest”lə müqaviləsini yeniləyib.

Futbolinfo.az Fransa klubunun rəsmi saytına istinadən xəbər verir ki, onunla 2026-cı ilə qədər nəzərdə tutulan yeni sözləşmə imzalanıb.

32 yaşlı Bizot 2021-ci ildə “Alkmaar”dan Liqa 1 klubuna keçib. Bu müddətdə o, 75 oyuna çıxıb, 111 qol buraxıb və 15 görüşdə qapısını toxunulmaz saxlayıb.

Shares: