Dünyanın ən güclü Formula 1 ekspertlərindən biri olan Martin Brandl “Red Bull”un pilotu Maks Ferstappenin komanda yoldaşı Serxio Peres üzərindəki üstünlüyündən danışıb.

“Ferstappen Belçikada çox yaxşı idi. O qədər yaxşı idi ki, Peres ondan 22 saniyə geri qaldı. Halbuki hər ikisi eyni maşının sükanı arxasındadır. Maks Peresi ötüb keçəndə elə bil onlar fərqli maşınlar sürürlər.

Maks döngələrə ən ideal trayektoriyalarla girir və eyni zamanda çıxışda yüksək sürətlənmə göstərirdi. O, yüksək tempi saxlamaqla yanaşı təkərlərini də qorumağı bacarırdı. Ferstappenin maşını dərk etmək hissi və güclü dəqiqliyi var. Bunu öyrənmək çox çətindir”, – deyə Brandl “Sky Sports”da çıxışı zamanı qeyd edib.

Son vaxtlar niderlandlı sürücünün dominantlığı hamını çaşdırıb. Hətta eyni komanda olsa da, onun maşının Peresin bolidindən fərqli olduğu fikirləri səslənir.

Shares: