“Araz-Naxçıvan” transfer çalışmalarını davam etdirir.

Futbolinfo.az xəbər verir ki, sözügedən klub bu dəfə Elvis Maşike ilə 1 illik müqavilə imzalayıb.

Bu gün Bakıya gələn konqolu yarımmüdafiəçi mərkəz hücumçusu kimi də çıxış edə bilir. O, tibbi müayinədən keçib və komandaya qoşulub.

186 sm boya malik futbolçu hücumda da oynamaq qabiliyyətinə malikdir. Onun sonuncu klubu Maltanın “Hamrun Spartans” olub. Buna qədər isə müxtəlif illərdə Çexiya və Slovakiyanın “Jilina”, “Seniça”, “Slovan”, “Viktoriya”, “Vişeqrad”, “Zvolen”, “Çeska”, “Loko Vltavin”, “Sered”, “Banik Ruzina” komandalarında çıxış edib.

Shares: