“Neftçi”nin kapitanı Emin Mahmudov Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin “Jelezniçar”la cavab oyunundan öncə mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Futbolinfo.az xəbər verir ki, o, əvvəlcə bunları söyləyib:

“Rəqibi yaxından tanıyırıq. Öz istədiyimiz oyunu göstərərək qələbə ilə meydançadan ayrılmağa çalışacağıq”.

O, növbəti mərhələdə Türkiyənin “Beşiktaş” komandasına rəqib olmaq perspektivi barədə də söz açıb:

“Əslində, kiminlə oynayacağımız fərq etməz. Sabahkı oyun bizim üçün hazırda əsasdır.

Sabah öz oyunumuzu göstərməliyik. Oyun üslubumuzla rəqibə cavab verməliyik. Görüşü uzatmağı xoşlamıram. İstəyirəm ki, normal oyun getsin. Ölkə çempionatında da tempin aşağı olmasını istəmirdim.

Hamımız yüz faizlə məşqlərə çıxırıq. Baş məşqçinin tələblərini yerinə yetiririk. Hazırda istəkli və motivasiyalıyıq”.

Xatırladaq ki, ilk görüş Bosniya və Herseqovinada baş tutmuş və 2:2 hesabı ilə bitmişdi.

Shares: