“Qarabağ” bu gün UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində cavab oyununa çıxıb.

Futbolinfo.az xəbər verir ki, Ağdam təmsilçisi Polşanın “Rakuv” komandasını qəbul edib. Bakı Olimpiya Stadionunda keçirilən oyunu  Almaniyadan olan hakimlər briqadası idarə edib.

İlk matçda rəqibinə 2:3 hesabı ilə uduzan “Qarabağ” mərhələni adlamaq üçün ən azı iki top fərqi ilə qələbə qazanmalı idi. Amma təəssüf ki, matç 1:1 hesabıyla yekunlaşıb və “Qarabağ” ÇL-də mübarizəni dayandırıb.

Bu cütün qalibi 3-cü mərhələdə Kipr “Aris”i ilə qarşılaşacaq. Uduzan tərəf – “Qarabağ” isə Avropa Liqasının 3-cü təsnifat mərhələsində HJK (Finlandiya) – “Molde” (Norveç) cütünün məğlubu ilə görüşəcək.

UEFA Çempionlar Liqası
2-ci təsnifat mərhələsinin cavab oyunu

2 avqust

“Qarabağ” – “Rakuv” 1:1
Qollar: Fran Tüdor, 52 – Redon Cica, 60.
Baş hakim: Sven Yablonski (Almaniya).
Bakı Olimpiya Stadionu.
İlk oyun – 2:3.

Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev (k), 27. Toral Bayramov, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 44. Elvin Cəfərquliyev, 6. Julio Romao, 8. Marko Yankoviç, 7. Yassin Benzia, 15. Leandro Andrade, 10. Abdullah Zubir, 19. Redon Cica.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 11. Adama Diakabi, 17. Hamidu Keyta, 18. Juninyo, 20. Riçard Almeyda, 55. Bədavi Hüseynov, 66. Patrik Andrade, 83. Nihad Quliyev, 90. Nəriman Axundzadə.
Baş məşqçi: Qurban Qurbanov.
Rakuv: 1. Vladan Kovaçeviç, 4. Stratos Svarnas, 24. Zoran Arseniç (k), 25. Boqdan Rakovitsan, 7. Fran Tüdor, 20. Cin Karlos, 5. Qustav Berqqren, 66. Yannis Papanikolau, 11. Con Yeboa, 9. Zvolinski, 77. Marçin Tsebulya.
Ehtiyat oyunçular: 89. Katsper Beşad, 6. Şimon Çiy, 8. Ben Lederman, 14. Srcan Plavşiç, 17. Mateuş Vdovyak, 22. Deyan Soresku, 27. Bartoş Novak, 30. Viladislav Koçergin, 93. Sonni Kittel, 99. Fabian Pyasetski.
Baş məşqçi: David Şvarqa.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp