Güləş Azərbaycanda ən populyar idman növlərinin başında gəlir. Sərbəst, habelə yunan-Roma güləşi bu gün paytaxtla yanaşı bölgələrdə də inkişaf etdirilir və ildən-ilə yüksək nailiyyətlər qazanılır. Yevlaxdan olan güləşçilər də ölkədaxili yarışlarda qazandıqları uğurlarla rayonda bu idman növünə marağın yüksək səviyyədə qalmasına səbəb olur.

Yevlax güləş məktəbinin yetirməsi olan Elmir Quliyev 10 ildir bu idman növü ilə məşğul olur. 16 yaşlı gənc idmançı bu il Şəki şəhərində təşkil olunan zona birinciliyində 57 kq-da bütün rəqiblərini arxada qoyaraq fəxri kürsünün ilk pilləsində qərar tutub. O, ötən ay isə Qaxda Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan xatirə turnirində yalnız finalda uduzaraq turniri ikinci pillədə başa vurub.

Gələcəyin ən perspektivli idmançılarından sayıln Quliyevin ən böyük arzusu ölkəmizin sayılıb-seçilən güləşçilərindən biri olmaqdı. Bunun üçün o, həftə ərzində təşkil olunan məşqlərdə səylə hazırlaşır.

Elmirin şəxsi məşqçisi, Yevlax rayon Uşaq-Gənclər İdman Məktəbinin məşqçi-müəllimi Saleh Talıbov tələbəsinin gələcəkdə ölkəmizin əsas milli komandasına seçiləcəyindən ümidlidir. O inanır ki, Elmir belə davam etsə, çəkisində ən yaxşılarında biri yox, birincisi olacaq.

1e7d6dc2 91d4 4477 b435 99597de94025 - Futbolinfo.az

Qeyd edək ki, Yevlax rayon İdman Məktəbinin güləş bölməsində 100-ə yaxın  uşaq, yeniyetmə və gənc güləşçi bu idman növünün sirlərinə yiyələnir. Onlar həm ölkədaxili, həm də ölkəxarici yarışlarda bir sıra uğurlara imza atıblar. Yaxın illərdə idman məktəbindən ölkəmizə dünya, Avropa çempionatlarından və Olimpiya oyunlarından medal qazanacaq güləşçilərin yetişəcəyinə ümid edirik.

BƏHRUZ MUSAYEV, YEVLAX

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu

fggfh 1 1 1 1 1 1 768x615 1 1 2 1 1 1 1 1 1 1 1 1 1 1 1 - Futbolinfo.az
Shares: