Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın “Dinamo” (Zaqreb) klubu bu gün Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyununa çıxıb.

Futbolinfo.az xəbər verir ki, komanda “Astana”nın (Qazaxıstan) qonağı olub. Görüş Zaqreb təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Mahir meydana start heyətdə daxil olub. O, 24-cü dəqiqədə fərqlənməklə komandasının ilk qolunu vurub. Emreli 78-ci dəqiqədə Yosip Drmiçlə əvəzlənib.

Qeyd edək ki, Zaqreb təmsilçisi ilk görüşdə rəqibini darmadağın etmişdi – 4:0. “Dinamo” növbəti mərhələdə Yunanıstan AEK-i ilə üz-üzə gələcək.

Shares: