“Səbail”in kapitanı Ağabala Ramazanov iddialıdır. O, komandasının yaxşı hazırlıq keçdiyini və yeni mövsümdə yaxşı çıxış edəcəyini düşünür.

Hücumçu futbolinfo.az-a açıqlamasında Türkiyədə əla hazırlıq keçdiklərini deyib: “Çox yaxşı hazırlıq keçdiyimizi düşünürəm. Məşqlərin bəhrəsini inşallah oyunlar zamanı görəcəyik. Bizimlə yanaşı rəqiblərimiz də güclənib. Bizi olduqca rəqabətli mövsüm gözləyir”.

Ağabala çempionatdakı ilk rəqiblərini də dəyərləndirib: “İlk oyunumuz “Sumqayıt”a qarşı olacaq. Azarkeşlərimiz qarşısında ilk oyunda uğurlu nəticə qazanmağı çox istəyirik. Uğurlu start vermək üçün var qüvvəmizlə çalışacağıq. Komanda olaraq daha çox çalışıb nəticələrimizin yaxşı olmasını istəyirik”.

Ramazanov avrokuboklarda mübarizə aparan komandalarımız barədə də danışıb: “Hər birinə uğurlar arzulayıram. Bütün klublarımız mərhələ adlamağa qadirdir. İnşallah hamısı istədiyinə çatar”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp