“Arsenal”ın baş məşqçisi Mikel Arteta komandasının hazırlıq prosesindən razıdır. O, londonluların yeni mövsümə hazır olduğunu düşünür.

Futbolinfo.az xəbər verir ki, ispan çalışdırıcını ən çox məmnun edən yeni transferləri vaxtında etmələri, toplanışda heyətin komplektləşdirilməsini yekunlaşdıra bilmələridir: “Heyətdə yeni simalar var. Onları transfer dövrünün əvvəlində gətirə blməyimiz önəmli oldu. Bu oyunçularla istədiyim qədər birlikdə ola bilməkdən məmnunam”.

Arteta yeni oyunçuların komandaya uyğunlaşmasından da razıdır: “Oyun tərzimizə tez uyğunlaşmaları sevindiricidir. Sanki illərdir bizimlə birgə olublar”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp